RU

DİQQƏT: Sabah da qar yağacaq? - QURUM RƏSMİSİ

Fevralın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhərdən bəzi yerlərdə sulu qar, qar yağacaq. Mülayim Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1°-4° şaxta, gündüz 1° şaxtadan, 2°-dək isti olacaq. Bunu SİA-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, bölgələrdə, əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilir: "Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv olacaq. Mülayim Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu aran rayonlarında 5°-10° isti, dağlıq ərazilərdə isə 0-5° şaxta olacaq, bəzi yollar buz bağlayacaq".

Müəllif: Xeyrənsə Piriyeva
Избранный
118
1
sia.az

10Источники