Türkiyə Ukraynaya sülhməramlı kontingent göndərmək üçün Avropa ölkələrinin təşəbbüsünə müsbət münasibət göstərib. Manset.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. “Məlumatlı mənbələrə görə, NATO-da ABŞ-dən sonra ikinci ən böyük orduya sahib olan Türkiyə Ukraynadakı sülhməramlı qüvvələr üçün əsgər verməyə hazırdır”, - nəşr yazıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə bu məsələni müzakirə etdiyi bildirilir.