Gürcüstanın paytaxtı Tbilisidə UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminar keçirilib.
Sportinfo.az xəbər verir ki, seminarda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirak ediblər.
Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
* Növbəti mövsümdən etibarən klublara UEFA tərəfindən ödənilən həmrəylik ödəmələrinin lisenziyalaşdırma qaydalarında əks olunması və bu qaydalara uyğun olaraq idarə olunması;
* Gürcüstanda lisenziyalaşdırma sisteminin və infrastruktur layihələrinin inkişafı;
* Müxtəlif ölkələrdə lisenziyalaşdırma prosesi çərçivəsində klubların uşaq akademiyalarında monitorinq və yoxlamaların təşkili;
* Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
* Cari mövsümdən etibarən tətbiq edilən yeni hüquqi meyarın müzakirəsi və tətbiqi (klubların əmtəə nişanları, tarixi və idman nailiyyətləri);
* Bir neçə klubun eyni sahibkarlıqda olması ilə bağlı məsələlər;
* Lisenziar olan milli assosiasiyaların sertifikasiyası;
* UEFA-nın Lisenziyalaşdırma üzrə illik hesabatı;
* UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı və s.