RU

Rumıniyanın Ukraynaya sülhməramlılar göndərmək niyyəti yoxdur

Rumıniya Ukraynaya sülhməramlı qoşun göndərməyəcək. Bu barədə prezidentin səlahiyyətlərini icra edən İlie Bolojan martın 6-da keçiriləcək Aİ sammitində bəyan edəcək.

APA xəbər verir ki, bunu “Romania TV”yə müsahibəsində baş nazir Marsel Ciolaku deyib.

"Xeyr, mən qüvvələrin yerləşdirilməsi ilə razı deyiləm və mən bu barədə prezidentin səlahiyyətlərini icra edənlə danışmışam və bu, onun Avropa Şurasına təqdim edəcəyi qərardır.", - deyə o bildirib.

Избранный
163
1
apa.az

2Источники