"ChatGPT" süni intellekt çatbotunu hazırlayan "OpenAI" şirkəti "GPT-4.5" yeniləməsini təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Bot yeniləməsi ona sorğuları daha yaxşı tanımağa və onlara daha real cavab verməyə imkan verir. "ChatGPT Pro" və API istifadəçilərinin yeni versiyaya çıxışı olacaq. Hər hansı çatışmazlıqları aşkar etmək üçün istifadəçilərə təqdim olunacaq.
"OpenAI" bu yaxınlarda "ChatGPT" tətbiqinə yeniləmə təqdim edib və çatbotdan brauzerin defolt axtarış motoru kimi istifadə edilməsinə imkan verən "Safari" genişləndirilməsi əlavə edib.