RU

Mikel Arteta “Arsenal”ın qol vura bilməmək dərdindən danışdı

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın, qol vəziyyətlərini gerçəkləşdirməklə bağlı yaşadığı fəsadı şərh edib.

Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bizim, PSV – xüsusilə aşağı sipərə malik komanda ilə oyun ərəfəsində bunu anlamaq və malik olduğumuz bütün seçimləri araşdırıb-çözmək üçün bir və ya iki günümüz var. Əgər onlar hətta gəlib açılsalar belə, rəqib bizdən azacıq üstün olsa, onda mən, güman ki, başqa halda olacağam. Mən bilirəm ki, hücumçumuz əskikdir. Mən elə, indicə dedim ki, əsasında oynamaq üçün çox seçim var, bizə isə həll tapıb bunun öhdəsindən gəlmək gərəkdir”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, əsas hücumçularını zədə səbəbilə itirmiş “topçular” məhz Artetanın “təşəbbüsü” ilə qış transfer pəncərəsində heç bir hücumçu almamaq qərarına gəliblər. Nəticədə “Arsenal” “vuran ayaqsız” təsir bağışlayır və “qol xədimliyi” yaşayır. İngiltərə Premyer Liqasının son iki oyununda “topçular” əvvəlcə, evdə “Vest Hem”ə (0:1) məğlub olublar, sonra isə səfərədə “Nottingem Forest”in müqavimətini qıra bilməyiblər (0:0). Üstəlik, “Arsenal” İngiltərə Liqa Kubokunun hər iki oyununda “Nyukasl” 0:2 hesabı ilə məğlub olub. “Dişsiz oyun”u “Arsenal”ı İngiltərə Premyer Liqasında da uğursuzluğa düçar edib. “Nottingem Forest”lə oyunda xal itkisi, “Arsenal”ı 28 oyundan 67 xalla İngiltərə Premyer Liqasının zirvəsində qərarlaşmış “Liverpul”dan daha da geri salıb. “Topçular” 27 oyundan 54 xalla 2-ci pillədə qalıblar. Amma belə davam edəcəyi halda, “Arsenal”ın çempionluq mübarizəsindən qopacağı şübhə doğurmur.

Xatırladaq ki, “ayaqsız” “Arsenal” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 4-də PSV-yə “imtahan” verəcək.

Əlavə edək ki, Mikel Arteta qış transfer pəncərəsində hücumçu almaq fikrindən daşındığı üçün indi tənqid hədəfinə çevrilib.

Избранный
71
arena.az

1Источники