RU

Xarkovun enerji infrastrukturuna hücum olub

Fevralın 27-də axşam saatlarında rus qoşunları Ukraynanın Xarkov vilayətinin enerji sisteminə kütləvi hücuma keçib.

Herbiand.az xəbər verir ki. Bu barədə Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram kanalında məlumat verib.

Məlumatda deyilir ki, ən azı 12 "Şahed" tipli kamikadze pilotsuz uçan aparatdan istifadə edilib.

"Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri regionun mühafizəsi üçün gücləndirilmiş iş rejimində işləyir. Hücumun nəticələrinin aradan qaldırılmasına bütün müvafiq xidmətlər cəlb olunub. Düşmənə kömək etməmək üçün zərbələrin yerləri barədə təfərrüatları, eləcə də foto və video materialları yaymamaq vacibdir. Təkrar zərbələr endirmək təhlükəsi hələ də qalır".

O, Xarkov vilayətində fərdi evə ziyan dəydiyini, iki nəfərin yaralandığını bildirib. Bölgə polisi Solonitsevskaya icmasının atəşə tutulduğunu, 75 yaşlı kişi və 68 yaşlı qadının tibbi yardım üçün müraciət etdiyini bildirib.

Избранный
42
herbiand.az

1Источники