RU

Telegram söhbəti ödənişli olacaq

Telegram qruplarda ödənişli şərh funksiyasını test etməyə başlayıb. Bu funksiya aktiv olduqda, istifadəçilər və administratorlar mesaj göndərmək üçün tələb olunan ulduzların sayını tənzimləyə biləcəklər.

QHT.az xəbər verir ki, pullu giriş kanallar və qruplar üçün gəlir mənbəyi ola bilər və şəxsi söhbətlərdə də tətbiq edilə bilər. Bunun necə işləyəcəyi və nə vaxt istifadəyə veriləcəyi hələ bəlli deyil. Telegram 2013-cü ildə Pavel Durov tərəfindən yaradılıb və əvvəlcə tamamilə pulsuz olacağı bildirilirdi. Lakin 2022-ci ildə Telegram Premium abunəsi istifadəyə verildi və monetizasiya seçimləri artmağa başladı. İndi isə kanallar Patreon və OnlyFans kimi ödənişli postlar paylaşa bilirlər.

UNIAN-ın məlumatına görə, Durov moderasiya siyasətini dəyişəcəyini və bəzi funksiyaların, məsələn, “Yaxınlıqdakı insanlar” seçiminin silindiyini bildirib. Bundan başqa, yeni qaydalara əsasən, Telegram səlahiyyətlilərin tələbi ilə istifadəçi məlumatlarını açıqlaya bilər.

 

R.İmanov

Избранный
58
qht.az

1Источники