
Rusiyada fəaliyyət göstərən “Subo” ləqəbli məşhur azərbaycanlı bloger Sübhan Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, o, özü haqqında yalan məlumat verdiyi üçün Rusiya vətəndaşlığından məhrum edilib.
“Araşdırma zamanı məlum olub ki, Sübhan Murad oğlu Məmmədov Rusiya vətəndaşlığını qəbul edərkən özü haqqında yalan məlumat verib. Bununla əlaqədar olaraq o, Rusiya vətəndaşlığından məhrum edilib”, - deyə agentliyin mənbəsi bildirib.
O əlavə edib ki, bloqqerin Rusiyaya girişi də qadağan edilib.
Agentliyin məlumatına görə, blogerin Azərbaycan vətəndaşlığı da var və o, hazırda BƏƏ-dədir.