RU

Avropa ölkələrində Xocalı soyqrımına həsr olunmuş məlumatlandırma aksiyaları keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi ilə Avropanın müxtəlif ölkələrində Xocalı soyqırımının33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyalarıkeçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyalarHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsüilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırmakampaniyası çərçivəsində təşkil edilib.

Bildirilir ki, Çexiyada fəaliyyət göstərən “Land of Fire”intəşkilatçılığı ilə Praqanın “Respublika” meydanında Xocalısoyqırımına həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.Kampaniya çərçivəsində meydanda Xocalı faciəsi haqqında məlumatlarıözündə əks etdirən məlumat lövhəsi yerləşdirilib, Çex ictimaiyyətivə şəhərin qonaqları Xocalı soyqırımı haqqında ətraflıməlumatlandırılıb, Azərbaycan həqiqətləri təbliğ olunub.

Digər bir aksiya Avstriyanın paytaxtı Vyana şəhərində baş tutub.Yerli sakinlər və şəhərin qonaqları Xocalı soyqırımı haqqındaməlumatlandırılıb. Azərbaycan Mədəniyyət Mərkəzi və İş AdamlarıDərnəyinin təşkilatçılığı, eyni zamanda Vyanada yaşayansoydaşlarımızın fəal iştirakı ilə baş tutan aksiya zamanı şəhərinmərkəzində yerləşən küçə və meydanlarda bukletlər, məlumatvərəqələri paylanılıb. Bununla yanaşı, üzərində soyqırımına dairfaktları əks olunan xüsusi avtomobil şəhərin mərkəzi küçə vəprospektlərində hərəkət edib.

Sloveniyanın paytaxtı Lyublyana şəhərində Xocalı soyqırımıqurbanları anılıb. Azərbaycan Türk Mədəniyyət Assosiasiyasınıntəşkilatçılığı ilə şəhərin mərkəzində və dövlət müəssisələrininyerləşdiyi küçələrdə üzərində "Xocalını unutmayaq!" yazılmış QRkodlu bannerlər nümayiş olunub. Bannerlərdə 1992-ci ilin fevralın25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qətliamın tarixin əndəhşətli və amansız hadisələrindən biri olduğu vurğulanıb.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bukimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərininbeynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqcafaydalıdır.

Avropa
Avropa
Avropa
Avropa
Avropa
Avropa
Избранный
35
1
az.trend.az

2Источники