Bu fikirlər “The Wall Street Journal”də dərc olunanməqalədəndir.Nəşr yazıb ki, bununla belə Ağ Ev rəhbəri Kiyevə Avropa müttəfiqlərinin ondan istədiyi təhlükəsizlik zəmanətini vəd etməyib.
"Beləliklə, Starmer ABŞ-ni Ukraynadakı sülhməramlı missiyaya cəlb etməyə çalışıb. Lakin Tramp dəfələrlə bəyan edib ki, o, bu cür variantları yalnız Moskva ilə Kiyev arasında atəşkəs razılaşması əldə edildikdən sonra nəzərdən keçirəcək", - müəllif yazıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта