RU

“Partiya fəallarımız” layihəsi çərçivəsində növbəti görüş keçirib -FOTO

YAP Masallı rayon təşkilatı Masallı Su Melorasiya Sistemlərinin istismarı idarəsi ərazi partiya təşkilatında “Partiya fəallarımız” layihəsi çərçivəsində “Zamanın sınaqlarından çıxmış partiya” mövzusunda görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşü Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq müstəqil və qalib Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, bu uğurların qazanılmasında cənab Prezident İlham Əliyevin sözləri ilə desək - ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yeri və rolundan bəhs edib. Seyfəddin Əliyev bildirib ki, qurucusu, yaradıcısı və təşkilatçısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından şərəflə çıxıb, qüdrətlənib, böyük siyasi qüvvəyə çevrilib.

Görüşdə çıxış edən  Masallı Su Melorasiya Sistemlərinin istismarı idarəsini rəisi Akif Həmidov qeyd edib ki, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. O vurğulayıb ki, dünənin, bu günün və gələcəyin partiyası olan YAP bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir.

Görüşdə Şəhid atası Hüsaməddin Sultanov, partiya fəallarından Bəhrəm Yaqubov, Hüseyn Əmirli, Nahid Rəhimov və başqaları çıxış edərək qurucusu Ümummilli Lider Heydər Əliyev olan partiyanın yarandığı gündən keçdiyi keşməkeşli yoldan və Ulu Öndərin siyasi fəaliyyətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Görüşün sonunda təşkilatı məsələlərə baxılıb.

Избранный
68
ikisahil.az

1Источники