RU

"GPT-4.5" təqdim olundu

“OpenAl” bu modelin indiyə qədər hazırladıqları "ən böyük və ən məlumatlı" dil modeli olduğunu bildirsə də, inqilabi bir yenilik gətirməyəcəyini və "o1" və ya "o3-mini" qədər güclü ola bilməcəyini etiraf edir.

Valyuta.az xəbər verir ki, yeni model daha inkişaf etmiş yazı bacarıqları və genişləndirilmiş məlumat bazası ilə fərqlənir, lakin şirkət onu "inqilabi" adlandırmaqdan çəkinir. "GPT-4.5"inin hesablama səmərəliliyinin 10 dəfə artırıldığı lakin gözlənilən səviyyədə yeni xüsusiyyətlərə sahib olmadığı qeyd olunur.

Yeni modelin təlimində “OpenAI”ın "Strawberry" kod adlı "o1" modelindən istifadə edilib və bu modeli nəzarətli incələmə və insan rəyinə əsaslanan gücləndirilmiş öyrənmə texnikaları ilə hazırlanıb. "GPT-4.5"in xəta nisbəti "GPT-4o"dan daha aşağıdır, lakin "o1" modelinə nisbətən bir qədər yüksək olacaq.

Yeni model söhbət zamanı istifadəçinin yazdıqlarının altında gizlənən mənanı və ya səsli ünsiyyətdə səs tonundakı niyyəti daha yaxşı anlayacaq. "ChatGPT Pro" istifadəçiləri artıq "GPT-4.5"ə keçə bilərlər.“OpenAI”ın "ChatGPT Pro" planına abunə olan istifadəçilər artıq "GPT-4.5"i sınaqdan keçirə bilər, pullu abunəçiləri də bu gündən etibarən "GPT-4.5"dən istifadə edə bilər.

Sərvanə Rəmixanova

Избранный
142
8
valyuta.az

10Источники