Şimali Koreya strateji qüvvələrinin döyüş hazırlığını artırmalı və nüvə silahından istifadə etməyə tam hazır olmalıdır.
Bizim.Media Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya lideri Kim Çen İn çağırış edib.
Məlumata görə, fevralı 26-da KXDR strateji qanadlı raketlərini sınaqdan keçirib. Bu məqsədlə Şimali Koreya Sarı dənizə bir neçə strateji qanadlı raket atıb.
Cənubi Koreyanın “Renhap” agentliyi yazıb ki, buraxılışın məqsədi düşmən silahlı qüvvələrinə qarşı durmaq qabiliyyətini və nüvə hazırlığının müxtəlif variantlarını nümayiş etdirməkdir.
Raketlər 1587 km uçub və şərti hədəfi dəqiqliklə vurub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта