RU

Şahmat üzrə onuncu dünya çempionu vəfat edib

Sovet, Fransa və Rusiya qrossmeysteri, şahmat üzrə 10-cu dünya çempionu Boris Spasski 88 yaşında Moskvada vəfat edib. Bu barədə fevralın 27-də Rusiya Şahmat Federasiyası məlumat yayıb.

Spasski 1969-cu ildə Moskvada Tiqran Petrosyana qalib gələrək şahmat üzrə dünya çempionu olub. 1972-ci ildə Spasski Reykyavikdə titulunu amerikalı Robert Fişere uduzdu. Spasski iki dəfə - 1961 və 1973-cü illərdə SSRİ çempionu olub.

Spasski 1976-cı ildə Fransaya mühacirət etdi və bu ölkə üçün üç dəfə Ümumdünya Şahmat Olimpiadalarında iştirak etdi. 2012-ci ildə Rusiyaya qayıdıb, bir il sonra isə Rusiya vətəndaşlığını alıb.

Almaz Həsənli

Избранный
52
oxumeni.az

1Источники