RU

Nepalda güclü zəlzələ baş verib

Nepalın Kodari kəndi yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) Kodari kəndindən 14 kilometr cənubda baş verən zəlzələ ilə bağlı açıqlama verib.

Yerli vaxtla səhər saatlarında baş verən və maqnitudası 5,5 olan zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi qeyd edilib.

Hələlik insan tələfatı və dağıntılarla bağlı heç bir açıqlama verilməyib. 

Sunami xəbərdarlığı da edilməyib.

Избранный
153
4
cebheinfo.az

9Источники