RU

Kim Çen In nüvə silahından istifadə etməyə hazırlıq əmrini verdi

Şimali Koreya lideri Kim Çen In bildirib ki, o, strateji qüvvələrinin döyüş hazırlığını artırmalı və nüvə silahından istifadə etməyə tam hazır olmalıdır.

KXDR lideri bu çağırışı strateji qanadlı raketlərin sınaqları zamanı edib.

Xatırladaq ki, fevralın 26-da Şimali Koreya Sarı dənizə bir neçə strateji qanadlı raket atıb. Cənubi Koreyanın “Yonhap” agentliyi yazıb ki, buraxılışın məqsədi düşmən silahlı qüvvələrinə qarşı durmaq qabiliyyətini və nüvə hazırlığının müxtəlif variantlarını nümayiş etdirməkdir. KCNA-nın məlumatına görə, raketlər 1587 km uçub və “hədəfi dəqiqliklə vurub”.

//Samir Qurbanov, Editor.az

Избранный
25
1
editor.az

2Источники