RU

ABL: NTD "Sərhədçi"yə, "Sabah" "Naxçıvan"a qarşı

Azərbaycan Basketbol Liqasında XV tur davam edir.

Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha iki oyun baş tutacaq.

A qrupunda keçiriləcək turun son iki matçı “Sərhədçi” İdman Mərkəzində oynanılacaq. Əvvəlcə NTD “Sərhədçi” ilə üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. "Sərhədçi” 19 xalla qrupda beşinci pillədə qərarlaşıb. Sonuncu - altıncı olan NTD-nin 18 xalı var.

Saat 19:00-da start götürəcək günün son matçında “Naxçıvan” “Sabah”la görüşəcək. “Sabah” 25 xalla qrup lideridir. 24 xalı olan “Naxçıvan” isə ikincidir.

Qeyd edək ki, XV turun daha əvvəl baş tutan qarşılaşmalarında “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Kəpəz” isə “Sumqayıt”ı 90:81 hesabı ilə məğlub edib.
 

Избранный
31
fanat.az

1Источники