RU

Satınalmalarla bağlı qanunun pozulmasına dair inzibati məsuliyyətin dəyişdirilməsi təsdiqlənib

Bakı. Trend:

Həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlətsatınalmaları haqqında qanunvericiliyin pozulması halları “Dövlətsatınalmaları haqqında” 14 iyul 2023-cü il tarixli Qanununtələblərinə uyğun olaraq yenidən müəyyən ediləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan Cinayət Məcəlləsi və İnzibati XətalarMəcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Dəyişikliyə əsasən, dövlət satınalmaları haqqındaqanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti CinayətMəcəlləsinin 308.2.1-ci - 308.2.3-cü maddələrində nəzərdətutulanəməllər nəticəsində xeyli miqdarda (50 min manatdan 250 minmanatadək) zərər vurulduqda yaranacaq.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasənisə, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasınagörə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsininmüvafiq maddələrinə əsasən, cinayət məsuliyyətinə səbəb olmadıqdatətbiq ediləcək.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinəəsasən dövlət satınalmaları haqqında inzibati qanunvericiliyinpozulmasına görə məsuliyyətə cəlb etmə müddəti 4 aydır və dövlətsatınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibatitənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədəkverilə bilər. Bu səbəbdən bu əməllər hüquq pozuntusu kimi inzibatixəta tərkibini yaratsa da, məsuliyyətə cəlb etmə müddəti qısaolduğundan müvafiq tədbirlərin görülməsi bəzi hallarda qeyri-mümkünolur və həmin müddət pozuntu faktlarını özündə əks etdirənsübutların araşdırılıb onlara hüquqi qiymət verilməsi üçün kifayətetmir.

Qeyd edilənə əsasən, qanun layihəsində dövlət satınalmalarhaqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətəcəlb etmə müddətinin artırılması təklif edilir və layihəyə əsasənbu sahədə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən əngeci 1 il keçənədək verilə bilər.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbulolunub.

Избранный
67
2
az.trend.az

4Источники