RU

Hamiltonda Xocalı soyqırımının qurbanları yad edilib (FOTO)

Bakı. Trend:

Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən HamiltonAzərbaycan Cəmiyyəti Xocalı soyqırımının 33-cü il dönümü ilə bağlıanım tədbiri keçirib. Tədbirə Azərbaycan icmasının, Kanadaictimaiyyətinin üzvləri, McMaster Universitetinin tələbələri və 10fərqli ölkənin nümayəndələri (Türkiyə, İngiltərə, Çin, Koreya,Ukrayna, Hollandiya, Meksika, Kanada, Serbiya, İrlandiya)qatılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, anımmərasimində əvvəlcə Kanadanın və Azərbaycanın Dövlət himnlərininsəsləndirilib, Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Təşkilatın rəhbəri Cəmilə Şepherd və tədbirin moderatoru DevidŞepherd Xocalı faciəsi haqqında tarixi faktlar, soyqırımının başvermə səbəbləri, xalqımız üçün ağır nəticələri haqqında tədbiriştirakçılarına ətraflı məlumat verib və bu faciənin gələcəknəsillərə ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

“Khojaly: The Grief of a Nation” (“Xocalı: Bir Millətin Dərdi”)adlı filmin nümayişindən sonra Kanadada fəaliyyət göstərən koreyalıskripkaçı, maestro Robert “Ay Laçın” və “Sən gəlməz oldun”mahnılarını ifa edib. Maestro Robertə Hamilton AzərbaycanCəmiyyətinin adından “Azərbaycan musiqisinin inciləri” adlı kitabhədiyyə edilib.

Tədbirdə iştirak edən xarici qonaqlar Azərbaycan və onun tarixihaqqında kitablarla tanış olublar. İştirakçılara Xocalıdaamansızlıqla qətlə yetirilən uşaqların adları və yaşları yazılmışkağız stəkanlarda çay və kofe təqdim olunub.

Hamiltonda
Hamiltonda
Hamiltonda
Hamiltonda
Избранный
34
3
az.trend.az

4Источники