RU

Evində meyiti tapılan Hollivud ulduzunun qızı atasını axtarmırmış - VİDEO

Xəbər verdiyimiz kimi məşhur kino ulduzu Cim Hekmanla həyat yoldaşının meyidi evində aşkarlanıb. Daily Mail qəzeti isə onun ailəsi ilə bağlı diqqət çəkən məqalə dərc edib.

Məlum olub ki, sənətçinin qızı yüzə yaxın yaşı olan atasından aylardır ki, xəbərsiz imiş. 

"Hollivud aktyoru Hekmanın qızlarından biri bir neçə ay imiş ki, onunla danışmayıb. O, belə deyib ki, “biz atamla yaxın idik. Bir-iki ay onlarla danışmadım, amma hər şey qaydasında idi”. Qız artıq bir neçə aydır Kaliforniyada yaşadığını və atası ilə sonuncu dəfə aylar öncə görüşdüyünü də qeyd edib", -məqalədə yazılıb.

Bir gün əvvəl polis aktyorun ölümü ilə bağlı bəyanatın tam mətnini dərc edib. Santa Fe qraflığının şerif ofisi bildirib ki, hazırda faciə araşdırılır. Şerif Gene Hakman və həyat yoldaşının fevralın 26-da evlərində cansız bədəninin aşkarlanması barədə yayılan məlumatları rəsmən təsdiqləyib.


Tural

Избранный
65
news365.az

1Источники