Kanadanın Hamilton şəhərində fəaliyyət göstərən Hamilton Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 33-cü il dönümü ilə bağlı anım tədbiri keçirib.
Publika.az xəbər verir ki, tədbirə Azərbaycan icmasının, Kanada ictimaiyyətinin üzvləri, McMaster Universitetinin tələbələri və 10 fərqli ölkənin nümayəndələri (Türkiyə, İngiltərə, Çin, Koreya, Ukrayna, Hollandiya, Meksika, Kanada, Serbiya, İrlandiya) qatılıb.
Anım mərasimində əvvəlcə Kanadanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilib, Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təşkilatın rəhbəri Cəmilə Şepherd və tədbirin moderatoru Devid Şepherd Xocalı faciəsi haqqında tarixi faktlar, soyqırımının baş vermə səbəbləri, xalqımız üçün ağır nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bu faciənin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
“Khojaly: The Grief of a Nation” (“Xocalı: Bir Millətin Dərdi”) adlı filmin nümayişindən sonra Kanadada fəaliyyət göstərən koreyalı skripkaçı, maestro Robert “Ay Laçın” və