RU

Türkiyənin neft məhsullarının ixracı 21,2 faiz azalıb

Türkiyənin aviasiya yanacağı ixracatı 2024-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,8 faiz azalaraq 310 min 406 tona çatıb.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK)  "Neft Bazarı Sektoru Hesabatı"nda yer alıb.

Hesabata görə, benzin növlərinin ixracı 95,8 faiz azalaraq 10 min 912 ton, dizel növlərinin ixracı isə 17,2 faiz artaraq 312 min 336 ton olub. Neft bazarında ümumi ixrac 21,2 faiz azalaraq 1 milyon 33 min 595 ton olub.

Dizel növlərinin istehsalı 2024-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq ayına nisbətdə  3,5 azalaraq 1 milyon 524 min 445 tona çatıb. Neft emalı zavodunun cəmi neft məhsulu istehsalı təxminən 8,2 faiz azalaraq 3 milyon 13 min 763 ton təşkil edib.

Gülşən Şərif

Избранный
54
bakivaxti.az

1Источники