RU

Bank səhvən müştərinin hesabına 81 trilyon dollar köçürüb

Amerikanın Citibank bankı müştəriyə səhvən 280 dollar əvəzinə 81 trilyon dollar köçürüb.

Herbiand.az bildirir ki, bu barədə Financial Times qəzeti bankın daxili sənədlərinə istinadən yazıb.

Nəşr qeyd edib ki, köçürmə iki işçi tərəfindən işlənib və əməliyyat qeydiyyatdan keçib. Növbəti gün isə əməliyyat təsdiqlənib. Səhv üçüncü işçi tərəfindən müəyyən edilib və köçürmə 90 dəqiqə ərzində ləğv edilib. Vəsaitlər bir neçə saat ərzində banka qaytarılıb.

Nəşrin mənbəyinin verdiyi məlumata görə, pul bankın özündən çıxmayıb: “ABŞ Federal Ehtiyat Sistemi və digər tənzimləyicilər insidentlə bağlı məlumatlandırılıb”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
71
4
herbiand.az

7Источники