"Fiziyevə hörmətimi bildirirəm, o, mənimlə döyüşmək üçün az qala dünyanın yarısını qət etməli olacaq".
Offsideplus.az xəbər verir ki, bu sözləri ABŞ idmançısı Castin Qeyci UFC313 yarışında növbəti rəqibi, azərbaycanlı Rafael Feyziiyevlə döyüş barədə deyib.
O, martın 9-da ABŞ-ın las-Veqas şəhərində keçiriləcək görüşün çətin olacağını vurğulayıb: "Fiziyevlə döyüşmək mənim üçün böyük riskdir. Çünki məni güclü zərbələrə malik rəqibə qarşı revanş gözləyir. Ancaq necə deyərlər, həyat səyahətdir. Martın 9-da bizi planetin ən yaxşı şousu gözləyir".
Qeyd edək ki, R.Fiziyev 2023-ü ildə UFC286 turnirndə C.Qeyciyə uduzub.