RU

Finlandiyada texnoloji sənaye işçilərinin tətili başlayıb

Bakı, 28 fevral, AZƏRTAC

Finlandiyada texnologiya sənayesinin işçiləri 24 saatlıq tətilə başlayıblar.

AZƏRTAC xəbər verir ki, Yle teleradio şirkətinin məlumatına görə, aksiya 20-yə yaxın həmkarlar ittifaqının daxil olduğu Peşəkar və İdarəetmə İşçiləri Federasiyası tərəfindən təşkil olunub.

Təşkilat kollektiv müqavilə ilə bağlı mübahisəyə görə hər biri 24 saat davam edəcək dörd tətil planlaşdırıb. Mart ayında daha üç tətilin keçirilməsi gözlənilir. Aksiya ölkədə fəaliyyət göstərən “Metso”, “Nokia”, “Valmet” və “Wartsila” kimi böyük şirkətləri əhatə edəcək.

Peşəkar və İdarəetmə İşçiləri Federasiyası təxminən 60 min yüksək ixtisaslı əməkdaşın, menecerin və sənaye ekspertinin maraqlarını qoruyur.

Избранный
45
azertag.az

1Источники