Böyük Britaniyada tibb bacısı həmkarının onu səhər çayı növbəsindən kənarlaşdırdığı üçün məhkəməyə müraciət edib. O, 41 min funt sterlinq təzminat qazanıb.
Publika.az xəbər verir ki, Londonun cənubundakı “St Helier” xəstəxanasında çalışan tibb bacısı Susan Hamilton dietoloq həmkarı Abdool Nayeki bullinq tətbiq etməkdə günahlandırıb.
Hamilton iddia edib ki, Nayek görüşlərdə ona məhəl qoymayıb və bütün komanda üzvlərinə çay hazırlayarkən, o kənarda qalıb.
Bildirilib ki, ikili arasında gərginlik 2018-ci ildə xəstələrdən birinə qulluq məsələsində yaranan fikir ayrılığından sonra başlayıb. Məhkəmədə verilən ifadələrə görə, Nayek Hamiltona birbaşa "mən səni sevmirəm" deyib.
Bu hadisədən sonra Nayekin tibb bacısına qarşı "görünən şəkildə təhqiredici" münasibət göstərdiyi iddia olunub.
Məhkəmə onun etirazını qəbul etdikdən sonra iş Hamiltonun xeyrinə yekunlaşıb. Beləliklə o, 41 min funt sterlinq (təxminən 87 min AZN) təzminat alıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта