ABŞ Prezidenti Donald Trampın resurs sazişi çərçivəsində Kiyevə təhlükəsizlik öhdəlikləri vermək istəməməsi səbəbindən, Ukrayna Avropa İttifaqından təhlükəsizlik zəmanətləri tələb etmək qərarına gəlib.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla xəbər verir.
Kiyevin əsas məqsədi Ukraynada Avropanın mövcudluğunu təmin etməkdir. Bununla yanaşı, Ukrayna ABŞ tərəfindən dəstəklənən sülhməramlı qüvvələrin Ukraynada yerləşdirilməsini istəyi ilə bu tələbi irəli sürür.
Aytəkin TOFİQQIZI