Bakı, 28 fevral, AZƏRTAC
Əfqanıstanın şərqindəki Nangarhar əyalətində mina partlaması nəticəsində üç uşaq yaralanıb.
AZƏRTAC xəbər verir ki, polis əməkdaşları partlayış yerinə gəlib və yaralı uşaqları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.