1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olub.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" sosial şəbəkə hesabında bildirib:
"Azərbaycan-Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik".
Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin (@AndrejPlenkovic) qəbulunda olduq. #Azərbaycan - #Xorvatiya strateji tərəfdaşlığının və #iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı #investisiya-ların artırılması,… pic.twitter.com/OVr3tM7ZWf
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 28, 2025