RU

Fermerlər subsidiya üçün SİS-ə daxil etməli olduğu sənədə dair tələb dəyişib

Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2027-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə (SİS) daxil etməlidirlər.

AZƏRTAC-ın  xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl fermerin torpaqdan istifadə hüququnu təsdiq edən sənəd qismində 2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı “Subsidiya” informasiya sisteminə daxil etməsi tələbi qoyulmuşdu. Beləliklə, bununla bağlı müddət 2 il təxirə salınıb.

Избранный
83
2
yeniazerbaycan.com

3Источники