RU

Ayxan Abbasov Azərbaycan millisinin yeni baş məşqçisi olacaq?

Yerli mediada yayılan xəbərlərə görə, U-21 üzrə milli komandanın baş məşqçisi postu "Şamaxı" klubunun çalışdırıcısı Ayxan Abbasova həvalə olunub.

Bu barədə Oxu.Az-a açıqlama verən AFFA-nın mətbuat katibi Elnur Məmmədli bildirib ki, bu barədə heç bir rəsmi qərar yoxdur.

"Bu barədə İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunmalı və açıqlanmalıdır. Bu tipli xəbərlər tez-tez çıxır. Lakin hələ ki heç bir rəsmi qərar yoxdur", - deyə E.Məmmədli bildirib.

Anar Həsənov

Mənbə: oxu.az

Избранный
51
oxu.az

1Источники