RU

Tramp Zelenski qarşısında niyə geri çəkildi?

Vladimir Zelenskini “diktator” adlandıran və legitimliyini sual altına qoyan Donald Trampın fikrini dəyişməsi, “Zelenskini diktator adlandımışam? Bunu dediyimə inana bilmirəm” sözləri ilə özünü gülüş hədəfinə çevirməsi onun qeyri-ciddiliyindən yox, məqsədinə nail olmasından qaynaqlanır. Bu gün Ağ Evdə Ukrayna prezidenti ilə görüşəcək ABŞ prezidenti nəhayət mineral ehtiyatlar üzrə sazişi imzalamağa hazırlaşır.

Əvvəlcə sazişdən imtina edən Ukrayna indi bunu daha “məqbul” hesab edir. Lakin bu, Kiyevin razılaşması ilə istədiyini almasından daha çox, Vaşinqtonun təhdidlərindən qaynaqlanır. Trampın “diktator” dediyi Zelenskiyə ünvanladığı sərt ittihamlar fonunda bu aydın görünürdü. İmzalanacaq sazişin mətnində ciddi dəyişiklik nəzərə çarpmır. Mediaya sızan məlumatlardan aydın olur ki, İnvestisiya Fondu yaradılacaq, Ukraynaya məxsus strateji əhəmiyyətli faydalı qazıntılar, neft və qaz, eləcə də infrastruktur aktivlərindən (təbii qaz terminalları, dəniz limanları və s.) əldə olunan gəlirlərin 50 faizi bura köçürüləcək. Sazişin Ukrayna üçün mənfi və müsbət tərəfləri var.

Mənfi tərəfləri gəlirlərin yarısının ABŞ-la bölüşdürülməsi ilə yanaşı, sazişdə təhlükəsizlik təminatı ilə bağlı heç bir qeydin, öhdəliyin olmamasıdır.

Müsbət tərəflərini o qədər də cəlbedici olmasa belə, Ukraynanın mövcud vəziyyəti fonunda dəyərləndirmək olar:

- Fonda ABŞ və Ukrayna bərabərhüquqlu şəkildə nəzarət edəcək (informasiyalar bu yöndədir);

- Fond Ukraynanın yenidən qurulmasına investisiyalar qoyacaq. Bu mexanizmin necə işləyəcəyi bəlli deyil, lakin mümkündür ki, keçiriləcək layihələr ABŞ şirkətlərinə veriləcək və Birləşmiş Ştatlar pul qazanmaqla yanaşı, ölkənin inşa edilməsini də həyata keçirəcək;

Избранный
24
3
publika.az

2Источники