RU

“Spinozanın Tanrısı” filminin Qala gecəsi baş tutub - FOTOLAR

“Spinozanın Tanrısı” bu gündən etibarən bütün kinoteatrlarda yayımlanır.

Fevralın 27-də Nizami Kino Mərkəzində “Spinozanın Tanrısı” filminin təntənəli qala gecəsi baş tutub.

“Operativ Media” xəbər verir ki, tədbirə böyük maraq olduğu üçün filmin nümayiş etdirildiyi zal tamamilə dolub.

Gecəyə mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycan ictimaiyyətinin tanınmış simaları, idman xadimləri və media nümayəndələri qatılıblar.
Filmin yaradıcı heyəti, aktyorlar və prodüserlər tamaşaçılarla görüşüblər. Filmin rejissoru Cavid Təvəkkül, ssenari müəllifi və baş prodüsseri Rəsul Allahverdiyev, xalq artisti Vidadi Həsənov gecədə çıxış ediblər.  

Tədbirdən görüntülər və daha ətraflı məlumat üçün https://www.instagram.com/pelicanfilmsindustry/ səhifəsini izləyin.

Azərbaycanın kino sənayesində daha bir uğurlu layihə olmağa iddialı “Spinozanın Tanrısı” bu gündən etibarən bütün kinoteatrlarda yayımlanır.

Избранный
59
operativmedia.az

1Источники