RU

Rusların 81%-i Vladimir Putinə etibar edir - Sorğu

Rusların Rusiya prezidenti Vladimir Putinə etimad səviyyəsi 81% təşkil edir. Bunu İctimai Rəy Fondunun (FOM) fevralın 21-dən 23-dək 1500 rusiyalı arasında keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, sorğuda iştirak edən ölkə vətəndaşlarının 82%-i dövlət başçısının yaxşı işlədiyinə inanır.

Respondentlər həmçinin ümumilikdə Rusiya hökumətinin də işini dəyərləndiriblər. Sorğu iştirakçılarının 56%-i hakimiyyət haqqında müsbət fikir bildirib. Respondentlərin 57%-i isə Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustinin yaxşı işlədiyini bildirib.

"Vahid Rusiya" partiyasına dəstək səviyyəsi 47%, Rusiya Federasiyası Kommunist Partiyası - 8%, Rusiya Liberal Demokrat Partiyası - 9%, "Ədalətli Rusiya - Həqiqət naminə" - 3%, "Yeni İnsanlar" - 3% təşkil edib.


Tural

Избранный
57
news365.az

1Источники