RU

İslamofobiya artır: Məscidlərə hücum edənlərə pul təklif olunur

Britaniyada müsəlmanlara qarşı nifrət halları artmaqdadır. Son olaraq Rusiya ilə əlaqəli olduğu iddia edilən bir "Telegram" kanalının insanları məscidlərə və müsəlmanlara qarşı zorakı hücumlar etməyə təhrik etdiyi bildirilir. Həmin kanallarda “toplu Quran yandırma”, yanğın törətmə və turşu hücumları kimi müxtəlif cinayətlərin planlarının müzakirə edildiyi deyilir. Bu hücumları həyata keçirən şəxslərə isə qarşılığında pul vəsaiti veriləcəyi iddia olunur.

Yenisabah.az xəbər verir ki, sözügedən "Telegram" kanalı Londondakı məscidlərə və məktəblərə çəkilmiş islamofobik qrafitilərlə də əlaqələndirilir. Kanal üzvlərinin məscidə “ən yaxşı qrafitini” çəkən şəxsə 100 funt-sterlinq dəyərində istənilən kriptovalyuta ilə ödəniş təklif etdiyi bildirilir. Eyni zamanda, həmin qruplar bomba düzəltmə reseptləri və silahların 3D printerdə hazırlanması üçün dizayn faylları paylaşırlar.

Son günlərdə bu kanallarda istifadə edilən ifadələrin daha açıq şəkildə insanları bıçaqlı hücumlara çağırdığı bildirilir ki, bu da ciddi narahatlıq doğurur. Yəhudilərə və müsəlmanlara qarşı nifrət cinayətlərini izləyən qurumlar bu cür şəbəkələri və onların Rusiya ilə mümkün əlaqələrini müəyyən ediblər.

Britaniyada islamofobik hücumlar 2024-cü ildə 73 faiz artıb. Ötən həftə Şimali Londondakı bir məscidin qarşısına saxta bomba yerləşdirilməsi də bu hadisələrin təhlükəli həddə çatdığını göstərir.

Eyni zamanda, Rusiya hökumətinin etnik və dini gərginlikləri qızışdırmaq üçün rəqəmsal kampaniyalardan istifadə edərək Britaniya və digər Avropa ölkələrində ictimai sabitliyi pozmağa çalışdığı barədə narahatlıqlar artır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Избранный
52
yenisabah.az

1Источники