RU

Naxçıvanda saxta və keyfiyyətsiz məhsullara qarşı nəzarət tədbirləri gücləndirilib

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 2024-cü il ərzində aparılan yoxlamalar çərçivəsində qanun pozuntularına qarşı ciddi tədbirlər görülüb. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmaqla, 47 plandankənar yoxlama həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  bunu 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən görülmüş işlərin icra vəziyyəti, tətbiq edilən yeniliklər və əldə edilən nəticələr, eləcədə qarşıdakı hədəflərə dair mətbuat konfransında jurnalistlərə açıqlamasında Agentliyin sədri Səfəralı Nəsirov deyib.

O bildirib ki, 45 inzibati tənbehvermə haqqında qərar qəbul olunub və qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq edilib.

İnsan həyatı və sağlamlığına ciddi təhlükə yaradan hallar üzrə 41 qanun pozuntusu aşkar edilib, bununla bağlı 26 məhdudlaşdırıcı tədbir tətbiq olunub. Həyata keçirilmiş tədbirlər çərçivəsində:

• 2 halda mal (mal partiyası) dövriyyədən çıxarılıb

• 11 halda malın (mal partiyası) satışı qadağan edilib

• 7 halda malın (mal partiyası) geri çağırılması həyata keçirilib

• 16 halda iş personalının üzvləri kənarlaşdırılıb

• 3 halda istehsal dayandırılıb

• 1 halda mal təkrar emala yönəldilib

• 1 halda işlərin və xidmətlərin göstərilməsi dayandırılıb

Bundan əlavə, yoxlamalar zamanı istehlaka yararsız və saxtalaşdırılmış 231 981 ədəd, 1777,5 litr və 41 kq məhsul məhv edilib.

Nəzarət tədbirləri çərçivəsində 341 ədəd 5 litrlik qablaşmada olan (ümumilikdə 1705 litr) saxta zeytun yağı və 206 ədəd (51,5 litr) saxta alkoqollu içki aşkarlanıb. Müvafiq qaydada həmin məhsullar satışdan çıxarılaraq məhv edilib". - deyə, Agentliyin sədri bildirib.

Избранный
43
ikisahil.az

1Источники