RU

FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən Xankəndi şəhərində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib

Xankəndi. Trend:

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzitərəfindən Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam ortaməktəbində 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədartədbir keçirilib.

Trend xəbərverir ki, tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətindiqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkiliməsələlərinə yönəldilməsi, bu sahədə mövcud vəziyyət və qarşıdaduran məsələlərin müzakirəsi olub.

Əvvəlcə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin vəAzərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fədaetmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yadediblər.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının PrezidentiMüzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısınəticəsində respublikamızda əhalinin mülki müdafiəsinin təminedilməsi sahəsində böyük uğurların əldə edildiyini bildiriblər.Çıxışlarda ölkəmizidə mülki müdafiə sahəsində görülən işlərdənətraflı bəhs edilib, bu sahədə qarşıda duran prioritetlərdəndanışılıb.

Sonra FHN-in Qarabağ Regional Mərkəzinin istifadəsində olanmüasir texnika və avadanlıqlara baxış keçirilib, tədbiriştirakçılarına fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkilibarədə ətraflı məlumat verilib.

Məqalədə:
Избранный
147
5
az.trend.az

6Источники