RU

BBC Qəzza ilə bağlı sənədli filminin nümayişinə görə üzr istəyib

BBC Qəzzadə müharibənin uşaqlar üzərindəki təsirini izah edən "Qəzza: Müharibə Bölgəsində Necə Sağ Qalınar" sənədli filmi üçün üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki,  BBC-nin sözçüsü yazılı açıqlamasında "Qəzza: Müharibə Bölgəsində Necə Sağ Qalmaq Olar" sənədli filminin televiziyada yayımlandıqdan dərhal sonra BBC-nin "seç-izlə" platforması olan "iPlayer"-dən çıxarılması ilə bağlı ilkin araşdırmanın başa çatdığını bildirdi.

Sözçü sənədli filmin istehsalında ciddi qüsurların aşkar edildiyini, bunların bir hissəsinin istehsalçı şirkətə, digər hissəsinin isə BBC-yə aid olduğunu qeyd edib.

Bu qüsurların tamamilə qəbuledilməz olduğunu vurğulayan BBC rəsmisi qeyd edib: 

 "BBC News olaraq, bu nöqsanlara və qurumun imicinə vurulan zərərə görə tam məsuliyyəti öz üzərimizə götürürük. Bunun üçün səmimi şəkildə üzr istəyirik".

O, həmçinin sənədli filmin BBC-yə olan ictimai etimada xələl gətirdiyini qeyd edib.

Əli Hüseynov

Избранный
60
bakivaxti.az

1Источники