RU

Yeddi şəhərdə 200 lift quraşdırılacaq

Bakı. Trend:

Yeddi şəhər üzrə 200 liftin quraşdırılmasına 9 940 000 manatvəsait ayrılıb.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamda əksinitapıb.

Sənədə əsasən, paytaxtda 141 lift quraşdırılacaq. Bu işinicrasına 7 007 700 manat vəsait xərclənəcək.

Həmçinin, Sumqayıtda 30 (1 491 000 manat), Naxçıvanda 11 (546700 manat), Gəncədə 10 (497 000 manat), Xırdalanda 5 (248 500manat), Qazaxda 2 (99 400 manat), Bərdədə 1 (49 700 manat) liftquraşdırılacaq.

Избранный
96
6
az.trend.az

8Источники