RU

“Microsoft” 2025-ci ilin mayında “Skype”-ı həmişəlik bağlayacaq

“Microsoft” 2025-ci ilin may ayında “Skype” messencer və video konfrans xidmətini həmişəlik bağlayacaq. İstifadəçilərə “Microsoft Teams”-ə keçmək tövsiyə olunur. Bu barədə “XDA Developers” portalı məlumat yayıb.

“Windows” üçün “Skype”-ın ən son önizləmə versiyasında belə bir mesaj var: “May ayından etibarən “Skype” artıq mövcud olmayacaq. “Teams”da zəng etməyə və mesaj yazmağa davam edin."

Xatırladaq ki, “Skype” 2003-cü ildə istifadəyə verilmiş və uzun illər ən populyar mesajlaşma xidməti olaraq qalmışdır.

2011-ci ildə “Microsoft” “Skype”-ı əldə etdi, bundan sonra o, messenceri dəfələrlə yenilədi və dizaynını dəyişdi, konsepsiyasını dəyişdi və tətbiqi digər məhsulları ilə inteqrasiya etməyə çalışdı.

Almaz Həsənli

Избранный
87
oxumeni.az

1Источники