Konqo Demokratik Respublikasının Bukavu şəhərinə nəzarəti ələ keçirən “M23” üsyançı qruplaşmasının liderlərinin keçirdiyi mitinq zamanı partlayış törədilib.
Publika.az xəbər verir ki, partlayış nəticəsində azı 11 nəfər ölüb, 65-i yaralanıb.
“M23”ün üzvü olduğu Konqo Çay Alyansına (AFC) başçılıq edən Korneil Nanqaa verdiyi açıqlamada mitinqlərdə əl qumbaralarından istifadə edildiyini bildirib.
Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedi verdiyi açıqlamada hücumun “Konqo torpaqlarında qeyri-qanuni mövcud olan xarici ordunun iyrənc terror aktı” olduğunu vurğulayıb.