RU

Bank müştərinin hesabına 81 trilyon dollar köçürdü, sonra isə...

Amerika bankı "Citigroup" müştəriyə səhvən 280 dollar əvəzinə 81 trilyon dollar köçürüb.

Söz.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti yazıb.

Nəşrin məlumatına görə, hadisə ötən ilin aprelində baş verib, ancaq indi məlum olub.

Qəzet qeyd edib ki, iki bank işçisi bu əməliyyatı təsdiqləyib. 

Maliyyə qurumunun üçüncü əməkdaşı səhvi əməliyyatdan cəmi bir saat yarım sonra hiss edib.

Nəşr əlavə edib ki, transfer bir neçə saat sonra ləğv edilib. 

Bu məlumatı qəzetə bir neçə mənbə təsdiqləyib. 

Məqalədə bildirilib ki, Amerika bankı gələcəkdə oxşar halların qarşısını almaq üçün hazırda əməliyyatların yoxlanılması proseslərinin avtomatlaşdırılması üzərində işləyir.


Избранный
123
4
soz.az

5Источники