RU

Daha bir bölgədə türk dili rəsmi dil oldu

İraqın Səlahəddin vilayətinin dövlət qurumlarında ərəb dili ilə yanaşı türkcə də istifadə olunacaq. Metbuat.az xəbər verir ki, bundan əvvəl Kərkük vilayətində belə qərar qəbul edilmişdi. Səlahəddin Əyalət Şurasının üzvü Atif əl-Nəccar İraq Konstitusiyasının 4-cü maddəsinə əsasən türkmənlərin çoxluq təşkil etdiyi bölgələrdə türkcənin rəsmi dil olaraq qəbul edildiyini və rəsmi yazışmalarda istifadə haqqının olduğunu bildirib. Nəccar bildirib ki, konstitusiyanın bu maddəsinə əsaslanaraq, artıq Səlahəddin vilayətinin şəhər mərkəzində, rayon, qəsəbə və kəndlərində bütün rəsmi yazışmalarda türkcədən istifadə edilə bilər. Qanunda yer almasına baxmayaraq indiyə qədər bunun həyata keçirilmədiyinə diqqət çəkən Neccar, təkcə rəsmi yazışmalarda deyil, dövlət qurumlarının yazılarında da ərəb dili ilə yanaşı türkcənin də istifadə ediləcəyini bildirib.

Qeyd edək ki, türkmənlər Səlahəddin vilayətində ərəblərdən sonra ikinci ən böyük etnik qrupdur.

Избранный
79
2
metbuat.az

3Источники