Bakı. Trend:
Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməniməhbuslarla və hərbi cinayətlərdə ittiham olunan şəxslərlə pisrəftar, o cümlədən, onların davam edən məhkəmə prosesi ilə bağlıəsassız iddiaların qeyd olunduğu 28 fevral 2025-ci il tarixlibəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycandaerməni məhbusların və müharibə cinayətlərində ittiham olunanşəxslərin məhkəmə prosesi ilə bağlı əsassız bəyanatına dairşərhində deyilir.
"Ermənistanın 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçıliderlər və saxlanılan digər erməni əsilli şəxslər ya müharibəcinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağırcinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkumediliblər.
Cenevrə Konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milliqanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərinaraşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bukimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərinhüquqlarına xələl gətirmir.
Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III CenevrəKonvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayəttörətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bukimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkibbitirənə qədər məhbusluqda saxlanıla bilər", - o qeyd edib.
XİN rəsmisi bildirib ki, təqsirləndirilən şəxslərin bütün hüquqvə vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütünməhkəmə prosesi və ifadələri qeydə alınıb.
"Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialarmüstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. BeynəlxalqQızıl Xaç Komitəsinin nümayəndələrinin mütəmadi səfərləri, ailəüzvləri ilə telefon və video əlaqələri həyata keçirilib və sonuncudəfə belə görüş fevral ayında təşkil olunub.
Yaxşı məlumdur ki, Azərbaycan 2020-ci il müharibəsindən sonrahumanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrəöhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və yasaxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığaburaxıb və repatriasiya edib. Buna baxmayaraq, onlar Azərbaycantərəfindən Ermənistana qaytarılandan sonra, Ermənistan hakimiyyətitərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sualediliblər. Ermənistan XİN-ə onu da xatırlatmaq istərdik ki,Azərbaycan həmçinin 2023-cü ildə həyata keçirdiyi antiterrortədbirlərindən sonra 10 mindən çox qeyri-qanuni erməni silahlıqüvvələrinə silahı yerə qoymağa və Azərbaycan ərazilərini tərketməyə icazə verməklə böyük jest edib.
Azərbaycandan fərqli olaraq, Ermənistan nə azərbaycanlı hərbiəsirlərə və həbs edilmiş mülki şəxslərə qarşı ləyaqəti alçaldanrəftar halları ilə bağlı heç bir araşdırma başlatmayıb, nə də itkindüşmüş 4000 azərbaycanlının yeri barədə məlumatların verilməsindəəməkdaşlıq edib. Şahidlərə və çoxsaylı faktlara əsasən, beynəlxalqhumanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobudşəkildə pozularaq, bütün azərbaycanlı hərbi əsirlərə işgəncəverilib, onlar pis rəftara məruz qalıb, ləyaqəti alçaldan şəraitdəsaxlanılıblar.
Görünən odur ki, Ermənistan tərəfindən belə bir bəyanatınverilməsi, bu ölkənin siyasi rəhbərliyinin bir zamanlar Azərbaycanaqarşı təcavüz aktı və siyasətini davam etdirmək naminə bütünvasitələrlə açıq şəkildə dəstəklədikləri şəxslərin hazırda müharibəcinayətləri törətməkdə ittiham olunması ilə əlaqədar davam edənməhkəmə prosesi ilə bağlı nə qədər narahat olduqlarını nümayişetdirir. Ermənistanın işğalçı və təcavüzkar ölkə kimi dövlətməsuliyyəti və bir sıra qanunsuz əməlləri danılması mümkün olmayanfaktdır. Beləliklə, bu əməllərdə təqsirləndirilən şəxslərinməsuliyyətə cəlb olunması siyasi manipulyasiya ilə xələl gətiriləbilinməyəcək qədər haqq işidir.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərinməhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni“səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəbolduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyihəqiqətlə üzləşməkdə maraqlı deyil.
Bu kritik dönəmdə, Azərbaycan tərəfi hərbi cinayətləritörədənlərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla regiondasülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistantərəfinin çəkinəcəyini gözləyir", - o qeyd edib.