RU

Gəncədə 5 ev yandı - FOTOLAR

Bu gün Gəncə şəhərində güclü yanğın olub.

"Cebheinfo.az"  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəhərin Mikayıl Rəhimov və Zülfü Hacıyev küçələrinin kəsişməsində bir-birinə bitişik olan 5 ev yanıb.

Hadisə nəticəsində 4 ev yararsız vəziyyətə düşüb. Digər tikilinin isə dam örtüyü sıradan çıxıb.

Hadisə yerinə 4 yanğınsöndürən maşın və 20-yə yaxın canlı qüvvə cəlb olunub.

Yanğın artıq söndürülüb.

Hadisənin səbəbi araşdırılır.

"Cebheinfo.az" 

Избранный
105
5
cebheinfo.az

3Источники