Gəncə, 28 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhərində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Mikayıl Rəhimov və Zülfü Hacıyev küçələrinin kəsişməsində bir-birinə bitişik olan 5 ev yanıb.
Hadisə nəticəsində 4 ev yararsız vəziyyətə düşüb. Digər evin isə dam örtüyünə zərər dəyib.
Hadisə yerinə 4 yanğınsöndürən maşın və 20-yə yaxın canlı qüvvə cəlb olunub.
Yanğın söndürülüb. Hadisənin baş vermə səbəbi araşdırılır.