RU

“Hər 10 sürücüdən 9-u özünü başqasının zolağına dürtür” – AQİL RƏHİMOVDAN AÇIQLAMA - VİDEO

Bəzən sürücülər avtomobillərini öz zolaqları ilə deyil, digər zolağa daxil edərək hərəkət etməyə çalışırlar. Bu isə qəzaların baş verməsinə səbəb olur.

Avtosfer.az xəbər verir ki, “Avto FM” radiosunun efirində qonaq olan qəza kursları üzrə məşqçi Aqil Rəhimov bildirib ki, sürücülərin ən çox törətdiyi qayda pozuntularından biri məhz öz zolaqlarını tərk edərək digər hərəkət iştirakçılarının yoluna çıxmaqdır:

"Özünü qəfil şəkildə başqasının zolağına dürtmək Bakının ən böyük problemlərindən biridir. Bu, qəzaların əsas səbəblərindən biridir. Sürücü öz zolağı ilə hərəkət edərkən görür ki, digər zolaqda cəmi iki metr boş yer var, hər 10 sürücüdən 9-u həmin iki metrlik araya maşını soxmağa çalışır".

Mütəxəssislər hesab edir ki, bu cür davranış təkcə yol hərəkəti qaydalarının pozulması deyil, eyni zamanda digər sürücülər üçün ciddi təhlükə yaradır. Qəzaların və tıxacların qarşısını almaq üçün sürücülər yol hərəkəti qaydalarına riayət etməli, zolaq dəyişərkən ehtiyatlı olmalı və digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmalıdırlar.

Aqil Rəhimovun “Avto FM”in efirindəki həmin videosunu sizə təqdim edirik:

Eltac Zülfüqaroğlu

Избранный
67
avtosfer.az

1Источники