RU

Bakı möhtəşəm təəsürat yaradır - Özbəkistan şirkətinin baş direktoru

Bakı. Trend:

Bakı möhtəşəm təəsürat yaradır.

Bunu Özbəkistanın “Murad Buildings” developer şirkətinin başdirektoru Oybek Nurmuxamedov Bakıda keçirilən daşınmaz əmlak üzrə“Hərəkat” adlı beynəlxaq sammit çərçivəsində Trend-lə söhbətindəbildirib.

“Bu, mənim Azərbaycana, Bakıya ilk səfərimdir, təəssüratlarımsadəcə möhtəşəmdir. Şəhər çox şeylərə nail olub - memarlıq üslubuhəm Avropa, həm də post-sovet elementlərini harmonik şəkildə özündəbirləşdirir. Bu arada, mədəniyyət, adət-ənənələr, isti insanimünasibətlər də qorunub saxlanıb ki, bu da, həqiqətən, adamısevindirir”, - deyə o bildirib.

Onun sözlərinə görə, şəhərin inkişaf miqyasları vəperspektivləri adamı valeh edir, şirkətlərin inkişaf dinamikası isənikbinlik yaradır.

“Xarici bazarlara çıxışa gəlincə, bizim Bakıdakı iştirakımızdaha çox tanışlıq xarakteri daşıyır - biz bura bazarı araşdırmağavə təcrübə mübadiləsi aparmağa gəlmişik. Qısamüddətli perspektivdəbizim beynəlxalq bazarlara, o cümlədən, Azərbaycana çıxış planımızyoxdur, belə ki, bizim öz ölkəmiz də aktiv şəkildə inkişaf edir vəindi biz məhz buna köklənməliyik. Bizim başlıca məqsədimiz vəmissiyamız - ilk növbədə öz doğma bazarlarımızı inkişafetdirməkdir”, - deyə Nurmuxamedov bildirib.

Baş direktor bildirib ki, hazırda şirkət biznes-premiumseqmentinə fokuslanır. Bu il məhz bu seqmentə yönəlmiş üç-beş yenilayihənin həyata keçirilməsi planlaşdırılır.

“Biz Yeni Daşkənd ərazisinin inkişafında perspektivlər vəimkanlar görürük. Baş planlaşdırma ilə bağlı daha çox aydınlıqyaransa və məhsulumuzla töhfə verə biləcəyimizə əmin olsaq, mütləqbu bazara da daxil olacağıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, “Murad Buildings” Özbəkistanın aparıcı developerşirkətlərindən biridir və artıq 21 ildən çoxdur ki, bazardafəaliyyət göstərir. Şirkət yaşayış komplekslərinin tikintisi iləməşğuldur və innovativ həllərə, smart texnologiyalara xüsusi diqqətayırır.

Məqalədə:
Избранный
40
az.trend.az

1Источники