

Əlverişli bir sistem lazımdır ki, ali hakimiyyət orqanları bir-birinə nəzarət edə bilsinlər. Qanunverici hakimiyyət, qanunların yaradılması və onların icrası üzərində ciddi nəzarət etməlidir. İcraedici hakimiyyət isə, bu qanunların tətbiqini təmin etməlidir. Qanunların icrasını icra edən orqanlar nəzarət etməli, Hesablama Palatası və digər vasitələrlə bu nəzarət ciddi şəkildə həyata keçirilməlidir. İcraedici hakimiyyətdə, adətən, dövlət başçısı da iştirak edir və onlar dövlətin birbaşa idarəçiliyi ilə məşğul olurlar. Dövlət suverenliyini təmin etməklə yanaşı, cəmiyyətin təşkili ilə də məşğul olurlar. Ədalətli əmək bölgüsü, əmək haqqı sistemi və hüquq və vəzifələrin təmin edilməsi vacibdir. Müdafiə orqanlarından sosial orqanlara qədər bütün strukturlar icraedici hakimiyyətin idarəçiliyi altında olur. Dünyada adətən icraedici hakimiyyətin başında olan dövlət başçıları beynəlxalq aləmdə daha çox görünürlər. Tahir Kərimlinin sözlərinə görə, dövlət, cəmiyyət və vətəndaş arasında qarşılıqlı nəzarət həyata keçirilməlidir: "Vətəndaşların əmək və sosial hüquqları gözlənilməli, eyni zamanda, icra orqanları dövlət idarəçiliyi ilə ciddi məşğul olmalıdır. Bütün bunların biri-birinə ciddi nəzarəti olmalıdır.
Orqanların formalaşması adətən seçki vasitəsilə həyata keçirilir. Bu seçkilər ədalətli və demokratik əsaslarla təşkil olunmalıdır ki, cəmiyyət tam şəkildə təmsil oluna bilsin". Seyranə Quliyeva 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu; Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.